Yeddiqat çempion yeni macəraya başlayır: Müqavilə qüvvəyə mindi
39 yaşlı britaniyalı yarışçı, yeddiqat Formula 1 çempionu Lyuis Hemilton rəsmi olaraq İtaliyanın “Ferrari” komandasının sürücüsüdür.
Aut.az xəbər verir ki, onun “Mercedes” komandası ilə müqaviləsi 31 dekabr 2024-cü il tarixində başa çatıb. Yanvarın 1-dən etibarən isə “Ferrari” ilə imzalanan sözləşmə qüvvəyə minib. Anlaşmanın detalları açıqlanmır.
Britaniyalı pilot karyerasında ilk dəfə “Mercedes”dən fərqli mühərrik quraşdırılmış avtomobildə yarışacaq.
Maranello komandasının 2025-ci il mövsümü üçün yeni avtomobili fevralın 19-da baş tutacaq. Bundan bir gün əvvəl məşhur “O2 Arena”da ilk ümumi proqram baş tutacaq və burada bütün Formula 1 komandaları öz avtomobillərini nümayiş etdirəcəklər.
Aut.az
