Formula 1

Qran-Pri üçün xüsusi kubok hazırlandı: Mükəmməllik arzusunu əks etdirir

“Formula 1” “Lenovo” ilə birlikdə Çin Qran-Prisində yarışın qalibinə veriləcək xüsusi kuboku nümayiş etdirib.

Aut.az xəbər verir ki, titulun yuvarlaq forması çinlilərin, eləcə də F1 pilotlarının mükəmməllik arzusunu əks etdirir. Çində Əjdaha ilidir. Dəyirmi forma məxluqun hərəkətini əks etdirir.

Kubok həm də dəfnə çələnginə bənzəyir. Bununla yaradıcılar yarış seriyasının ənənələrinə hörmətlə yanaşırlar. Əvvəllər yarışın qalibləri bu simvolik mükafata layiq görülüblər. “Lenovo”nun korporativ marketinq üzrə icraçı kreativ direktoru Filip Marçinqton “yerli Çin mədəniyyətini əks etdirən kubok yaratmaq bizim üçün də vacib idi” ,- deyə bildirib.

Qeyd edək ki, mövsümün beşinci mərhələsi olan Çin Qran-Prisi aprelin 19-dan 21-dək baş tutacaq.

Aut.az