Formula 1

Əmin etdi: Ferstappen karyerasını bu komandada bitirəcək

“Red Bull” komandasının rəhbəri Kristian Horner Maks Ferstappenin Avstriya komandasında gələcəyindən danışıb.

Aut.az xəbər verir ki, 51 yaşlı britaniyalının sözlərini Formula 1 saytı sitat gətirib.

Böyük Britaniyada raund başlamazdan əvvəl Ferstappenin “Mercedes”lə danışıqlarının intensivləşdiyi və 27 yaşlı niderlandlının “Red Bull”dakı gələcəyinin sual altında qaldığı xəbəri yayılmışdı.

Bununla belə, Horner əmin edib ki, dördqat dünya çempionu “Bulls”da çıxışını davam etdirəcək.

“Hər kəs bizim harada olduğumuzu çox aydın şəkildə bilir. Maks karyerasının əvvəlindən “Red Bull”dadır, bütün uğurları “Red Bull” avtomobilləri ilə bağlıdır və o, komandamızın vacib hissəsi olub, ona və ətrafındakı insanlara çox inanır.

Həmişə fərziyyə və səs-küy olsa da, məncə, hamımız harada olduğumuzdan və vəziyyətin necə olmasından olduqca rahatıq. Biz başqalarının hekayəsinə nəzarət edə bilmərik, lakin daxilimizdə harada olduğumuzu bilirik”, – Horner deyib.

Aut.az