Bədbindir: Heç bir perspektiv görmür
“Ferrari”nin sürücüsü, yeddiqat dünya çempionu Lyuis Hemilton qarşıdan gələn Monako Qran Prisi ilə bağlı gözləntilərini bölüşüb.
Aut.az xəbər verir ki, “RacingNews365” Hemiltondan sitat gətirib.
“Düzünü desəm, komandanın Monakodakı perspektivləri ilə bağlı əmin deyiləm. Son vaxtlar, xüsusən sıralanma tempinə gəldikdə, çox çətinliklərlə üzləşdik. Buna görə də hər şeyin necə olacağını bilmirəm. Mənim bir neçə fikrim var ki, həyata keçirməyə çalışacağam, çünki bizim diqqətimizi cəmləməli çoxlu başqa şeylər var.
Bununla belə, ümid edirəm ki, nəsə tapıb maşının potensialını aça bilərik. Amma mən, həqiqətən, avtomobilin Monako trekində nə qədər yaxşı işləyəcəyini bilmirəm”, – Ferstappen deyib.
Aut.az
