2025-ci ildə Tayson üçün yadda qalan anlar – VİDEO
Beynəlxalq Boks Şöhrət Zalının üzvü və ağır çəkidə sabiq şəksiz dünya çempionu, 59 yaşlı amerikalı Mayk Tayson sosial mediada 2025-ci ilin ən yaxşı anlarını əks etdirən video paylaşıb.
Aut.az xəbər verir ki, görüntülərdə əfsanəvi boksçunun səyahətləri, azarkeşlərlə görüşləri, Tayson Boks Klubuna səfəri və məşhur bloqçu MrBeastin mədəsinə yumruq vurması əks olunub.
Aut.az
