Ronaldo Taysonla yumruq-yumruğa gəldi – FOTO
“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Tayson Fyuri ilə keçmiş UFC çempionu Frensis Nqannu arasında keçiriləcək döyüşündən əvvəl britaniyalı ilə görüşüb.
Aut.az xəbər verir ki, iki ulduzun yumruq-yumruğa gələrək çəkdirdikləri şəkil sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, Fyuri ilə Nqannu arasında döyüş oktyabrın 28-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) “King Fahd International Arena”da keçiriləcək.
Bundan əvvəl çəki ölçmə mərasimi keçirilib və orada Fyuri rəqibindən daha ağır olub. Tayson 125,6 kq, Nqannou isə 123,4 kq gəlib.

Aut.az
