Usik onu belə təbrik etdi
Keçmiş şəksiz dünya çempionu Aleksandr Usik Gennadi Qolovkinin “World Boxing”in rəhbəri seçilməsinə münasibət bildirib.
Aut.az xəbər verir ki, Usik bu barədə sosial şəbəkədə yazıb.
“Gennadi, Dünya Boksunun prezidenti seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Bu, boks üçün mühüm addım və idmanda yeni səhifənin başlanğıcıdır”, – Usik yazıb.
Xatırladaq ki, Qolovkin bu vəzifəyə yeganə namizəd idi. İlkin siyahıda olan Yunanıstan Boks Federasiyasının prezidenti Mariolis Kharilaos son anda namizədliyini geri götürüb. Təşkilatın əvvəlki rəhbəri Boris van der Vorst ikinci müddətə namizəd olmamaq qərarına gəlib.
“World Boxing” həvəskar boksu tənzimləyən beynəlxalq təşkilatdır. O, 2023-cü ildə BOK-un rusiyapərəst ABB ilə münaqişəsindən sonra boksun olimpiya idman növü kimi statusunun davam etdirilməsini təmin etmək üçün yaradılıb. Ukrayna yalnız 23 sentyabr 2025-ci ildə təşkilata üzv olub.
Aut.az

