Boks

Tayson dövrümüzdə ona bənzəyən yeganə boksçunun adını çəkdi

Əfsanəvi boksçu Mayk Tayson zəmanəmizin ona oxşayan yeganə döyüşçünün adını çəkib.

Aut.az xəbər verir ki, “Dəmir Mayk” İsaak Kruzu xüsusi qeyd edib:

“Mən Qervonta Deyvis kimi bir çox müasir döyüşçüləri sevirəm. Amma indi mənim kimi biri varmı bilmirəm. Üslubuma daha yaxın olan birinin adını çəkməli olsam, İsaak Kruzu deyərdim. O, mənim kimi çəki dərəcəsinə görə qısaboylu, əzələlidir və rəqibinə hücum etməyi sevir.

İnsanlar mənim Deyvis deyəcəyimi düşünə bilər, lakin “Tank” mənə daha çox Aaron Pryoru xatırladır. Məncə, bu, onun üçün böyük bir iltifatdır”.

Aut.az