Digər

Azərbaycanlı karateçi dünya çempionu oldu

Macarıstanın paytaxtı Budapeştdə karate üzrə dünya çempionatı keçirilir.

Aut.az xəbər verir ki, azərbaycanlı karateçi İrina Zaretska (68 kq)  finalda İsveçrə təmsilçisi Yelena Quriçlə qarşılaşıb.

Rəqibinə 4:3 hesabı ilə qalib gələn Zaretska 3-cü dəfə dünya çempionu olub.

O. bundan əvvəl 2018 və 2021-ci illərdə keçirilən mundiallarda qızıl medal qazanıb.