Boks

Usikin kumiri: Ürəyim Əliyə məxsusdur

Yenilməz ukraynalı boksçu, WBA, WBO və IBF versiyaları üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usik peşəkar boks dünyasından kumirlərinin adlarını açıqlayıb.

Aut.az xəbər verir ki, Usik iki boksçunu xüsusilə fərqləndirib.

“Mənim üçün kumirlərim Məhəmməd Əli və Evander Holifilddir. Mayk Taysonu, Lennoks Lyuisi sevirəm, amma ürəyim Holifild və Əliyə məxsusdur. Həm də Kliçko qardaşlarına, çünki onlar ukraynalıdırlar.

Məhəmməd Əli təkcə yaxşı boksçu deyil, həm də yaxşı insan olub. O, insanların hüquqları üçün mübarizə apardı”, – Usik “Mail Sport Boxing”ə müsahibəsində deyib.

Mayın 18-də Aleksandr Usik ağır çəkidə mütləq dünya çempionu adı uğrunda britaniyalı Tayson Fyuri ilə döyüşəcək.

Aut.az