İngiltərə

Qvardioladan qəribə açıqlama: Bunu düşünmürdüm

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada çempionluq yarışından danışıb.

Aut.az xəbər verir ki, o, bu mövsüm komandasının çempionluğa oynayacağını düşünmürmüş:

“Biz çox təzyiq altındayıq. Şaşa düşürük ki, heç-heçə etsək və ya uduzsaq, hər şey bitə bilər. Hər oyunda nə etməli olduğumuzu başa düşürük.

Düzünü desəm, keçənilki trebldən sonra bu mövqedə olacağımızı gözləmirdim. Mən təslim olacağımızı düşünürdüm, amma hər şey tam əksinə oldu”.

Qeyd edək ki, “şəhərllilər” Premyer Liqada “Arsenal”la çempionluq yarışındadır.