3 ildən sonra rinqə çıxacaq
Boks üzrə 8 divizion üzrə keçmiş dünya çempionu, 45 yaşlı Menni Pakyao “Rizin” çempionu Çihiro Suzuki ilə yoldaşıq döyüşü keçirəcək.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Suzuki ilə döyüş iyulun 28-də Sayamada baş tutacaq. Rəqiblər 68 kq çəki dərəcəsində hər biri 3 dəqiqəlik 3 raund mübarizə aparacaqlar.
Pakyaonun promouterlik şirkətinin rəhbəri Şon Qibbons bildirib ki, bundan sonra payızda filippinli Mario Barrios ilə WBC orta çəki dərəcəsində (66,7 kq-a qədər) Las-Veqasda döyüşməyi gözləyirlər.
45 yaşlı boksçu karyerası ərzində 62 qələbə qazanıb və 8 dəfə uduzub. 2021-ci ilin payızında o, boksdan getdiyini elan edib. Lakin bu il Paris Olimpiadasına vəsiqə qazanmağa çalışıb. Lakin BOK buna icazə verməyib.
Amerikalı Barriosun isə 29 yaşı var. O, peşəkar rinqdə 29 qələbə qazanıbvə 2 dəfə məğlub olub.
Aut.az
