Pakyao elan etdi: Revanş döyüşü olacaq
Filippinli boksçu Menni Pakyao məğlubiyyətsiz amerikalı Floyd Meyvezerlə revanş döyüşü keçirməyi planlaşdırdığını açıqlayıb.
Aut.az xəbər verir ki, b barədə “Daily Mail” məlumat yayıb.
“Keçən il döyüş təşkil etməliydik, təəssüf ki, baş vermədi. Ümid edirəm ki, sizi 2024-cü ildə Floyda qarşı böyük döyüş üçün Yaponiyada görəcəyəm”, – Pakyao bildirib .
Səkkiz çəki dərəcəsində boks üzrə keçmiş dünya çempionu son peşəkar döyüşünü 2021-ci ilin avqustunda keçirib. O zaman 12 raunddan sonra yekdil qərarla Dünya Boks Assosiasiyasının (WBA) orta çəki dərəcəsində hazırkı çempionu Yordenis Uqasa məğlub olub.
Meyvezer peşəkar rinqə sonuncu dəfə 2017-ci ilin avqustunda çıxıb. Sonra boks görüşündə Konor Makqreqoru onuncu raundda texniki nokautla məğlub edib.
Pakyao və Meyvezer arasında ilk döyüş 2015-ci ilin mayında baş tutub. Amerikalı boksçu yekdil qərarla qalib gəlib.
Dekabrın 31-də Makqreqor oktaqona qayıdacağını açıqladı. İrlandiyalı amerikalı Maykl Çandler ilə 29 iyun 2024-cü ildə “Ultimate Fighting Championship” (UFC) yarışmasında döyüşməyi planlaşdırır.
Aut.az
