Azərbaycanlı futbolçu Türkiyə klubunda
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.
Aut.az xəbər verir ki, son olaraq Albaniyanın “Eqnatiya” klubunda çıxış edən vinger “Boluspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsgəndərli I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.
“Boluspor” çempionatda 17 turdan 22 xalla 10-cu sıradadır.
