İtaliyaTürkiyə

Türk futbolçuya görə mərc etdi: 5 il sonra “Qızıl top”a…

“Yuventus”un qapıçısı Voysyex Şesni Turin klubunun 18 yaşlı hücumçusu Kənan Yıldız haqqında maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, türkiyəli futbolçunun “Qızıl Top”a namizəd olacağını bildirib:

“Hər kəslə mərc edərəm ki, Kənan Yıldız qarşıdakı 5 il ərzində “Qızıl top”a namizəd olacaq. Çox futbolçu ilə oynamışam, amma belə istedad görməmişəm. Əminəm ki, bu mərcdə qalib gələcəm”.

Xatırladaq ki, Yıldız bu mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt”ə görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.