Kumirini açıqladı: Onun səviyyəsinə necə çatacaq?
“Milan”ın portuqaliyalı hücumçusu Rafael Leao maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, karyerası ərzində hanısı futbolçunun səviyyəsinə çatmaq istədiyi haqda fikirlərini bildirib:
“Mənim kumirim Kriştiano Ronaldodur. Onun səviyyəsinə çata bilərəm, amma eqoist oyunçu deyiləm. Qol vura bilərəm, amma daha yaxşı mövqedə olan komanda yoldaşım olsa, ona ötürmə verəcəm. Hazırda rəqəmlər önəmlidir. Kilian Mbappe, Lionel Messi, Erlinq Haaland və Ronaldo – rəqəmlər onlar üçün danışır. Ona görə də qarşıma ən yüksək məqsədlər qoyanda və bu cür nəticələr əldə edəndə mütləq bu futbolçuların səviyyəsinə çatacağam”.
Qeyd eədk ki, Bu mövsüm Rafael Leao “Milan”ın heyətində bütün yarışlarda 21 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib.
