İtaliya

Onun oğluna hücum etdilər: Tüpürdülər, təpiklədilər…

“Fatih Karagümrük”ün baş məşqçisi Andrea Pirlonun oğlu Nikolo Pirlo Turinin mərkəzində hücuma məruz qalıb.

Aut.az xəbər verir ki, onun olduğu avtomobilə dörd nəfər hücum edib. Sabiq futbolçunun oğlunun sözlərinə görə, onlar maşını təpiklə vurub, daş atıblar. Nikolo Pirlo sosial şəbəkədə belə yazıb:

“Turinin tam mərkəzində dörd oğlanın maşına daş atması, tüpürməsi və onu təpikləməsi normaldırmı? Mən dostumla maşında idim və onlar da maşına minməyə cəhd göstərdilər. Sonra maşınımızı təpikləməyə, daş atmağa başladılar. Maşından düşmədik və xoşbəxtlikdən xəsarət almadıq”.

Aut.az