Dünya futboluİtaliya

Argentina millisindən imtina edəcək? – İtaliya variantı var

“Roma”nın hücumçusu Matias Sulenin agenti Martin Quastadiseno oktyabr oyunları üçün Argentina yığmasına çağırılmamasını şərh edib.

Aut.az xəbər verir ki, o, buna görə müştərisinin milli komandasını dəyişə biləcəyini bildirib:

“O, gənc argentinalılar arasında hələ bir dəqiqə belə oynamayan yeganə futbolçudur. O, belə vacib bir komandada, “Roma”da lider olur və şansı haqq edir. Matias italyan-argentinalıdır və mən bilmirəm ki, Argentina ilə vəziyyət həll olunmasa nə baş verəcək. Hazırda hər şey açıqdır. Hüquqi baxımdan onun İtaliya yığmasına çağırılmaq imkanı var”.

22 yaşlı Soule 2025/26 mövsümündə bütün turnirlərdə 8 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Argentina yığması yoldaşlıq oyunlarında oktyabrın 11-də Venesuela, 14-də isə Puerto-Riko ilə qarşılaşacaq.