İngiltərəİtaliya

İtaliya nəhəngi italyanı gözaltı edib: Özü də İngiltərədə

“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Milan”a rəhbərlik edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “PianetaMilan.it” məlumat yayıb.

Mənbənin məlumatına görə, hazırkı baş məşqçi Stefano Pioli istefaya göndərilə bilər. Onun yerinə 44 yaşlı italiyalı mütəxəssis nəzərdən keçirilir. De Zerbinin xidmətində adı açıqlanmayan ərəb klubları da maraqlıdır.

De Zerbi 2022-ci ilin sentyabrından “Brayton”u çalışdırır. Onun rəhbərliyi altında “qağayılar” ötən mövsüm Premyer Liqada 62 xalla altıncı yeri tutub və klub tarixində ilk dəfə avrokuboklara yüksəlib.

Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

17 turdan sonra “Milan” 33 xalla A Seriyasında üçüncü pillədə qərarlaşıb.