İspaniyaİtaliya

“Milan” “Barsa”ya arxadan zərbə vurmur: İcarəyə istəyir

“Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Dani Olmo “Milan”a keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Barsa”nın mövsümün ikinci hissəsində qeydiyyatdan keçirə bilmədiyi 26 yaşlı futbolçu İtaliya nəhəngi tərəfindən 6 ay müddətinə icarəyə götürülə bilər.

Milan klubu vəziyyəti fəal şəkildə izləyir. Olmoya maraq göstərən digər klublar tam hüquqlu transferlər təklif edirlər.

Aut.az