İspaniya

“Atletiko”da istefa: 12 ildən sonra getdi

Andrea Berta “Atletiko Madrid”in idman direktoru vəzifəsindən gedib.

Aut.az xəbər verir ki, bu barədə “hindular”ın saytı məlumat yayıb.

Klubdan verilən açıqlamada Berta və “Atletiko” arasında müqavilənin ləğvi ilə bağlı razılığa gəldiyi bildirilib. Qeyd edək ki, italiyalı mütəxəssis “Cenoa”dan gəldiyi 2013-cü ildən Madrid klubunda idman direktoru vəzifəsini tuturdu. O, əvvəlcə beynəlxalq skautinq departamentinə daxil olub, daha sonra klubun texniki direktoru vəzifəsini tutub. 2017-ci ildə o, Xose Luis Peres Kamineronu əvəzləyərək idman direktoru olub.

Aut.az