İspaniya

“Qızıl top”u bu iki nəfərdən biri alacaq – Gündoğan

İlkay Gündoğan 2023-cü ildə “Qızıl top”u kimin alacağı ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Gündoğan mükafata iki namizədinin olduğunu bildirib.

“Məncə, mübarizə Lionel Messi ilə Erlinq Haaland arasında gedəcək. Onların yanında heç kimi görmürəm.

Hər ikisi əla mövsüm keçirdi, hər ikisi kuboklar aldı. Qərar vermək məndən asılı olmadığı üçün şadam, amma düşünürəm ki, “Qızıl top”u onlardan biri alacaq”, – “Barselona”nın yeni oyunçusu deyib.

Aut.az