İtaliyaİspaniya

“Barsa” “Yuve” ilə razılaşdı, qaldı…

“Barselona” və “Yuventus” Frank Kessenin transferi üçün şərtləri razılaşdırıblar.

Aut.az xəbər verir ki, bu barədə “GdS via Sport” məlumat yayıb.

Keçid baş tutsa, futbolçu 2023/24 mövsümünu “Yuve”də icarə əsasında keçirəcək. Mövsümün sonunda isə Turin klubu 10-15 milyon avro ödəməklə onu transfer edə bilər.

Kesse hələ “Yuventus”la şəxsi müqavilənin şərtlərini razılaşdırmayıb. Bu məsələnin yaxın günlərdə müzakirə olunacağı gözlənilir.

“Barselona” Kesseni 2022-ci ilin yayında pulsuz transfer etmişdi.

Lakin oyunçu debüt mövsümündə La Liqada cəmi yeddi oyunda iştirak etdi.

Aut.az