Dünya futboluİspaniya

PSJ Mbappeyə əvəzləyici tapdı

PSJ yayda “Real”a qoşulacağı ehtimal olunan Kilian Mbappeyə əvəzləyici tapıb.

Aut.az xəbər verir ki, Madrid klubu fransalı forvardın əvəzinə Madrid klubunun vingeri Vinisius Junioru almaq istəyir. Bu barədə “El Debate” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, parislilər “Real”a 200 milyon avro ödəməyə hazırdır. İngiltərənin “Liverpul” və “Çelsi” klubları da futbolçunu izləyir.

Bu mövsüm Vinisius bütün yarışlarda 28 matçda iştirak edib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur. Vinisiusun klubla hazırkı əmək müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Aut.az