“Real” ulduz futbolçunun transferindən imtina etdi
“Liverpul”un ulduz müdafiəçisi Trent Alexander-Arnold “Real”a keçəcəyi ilə bağlı informasiyalar yayılsa da, bu, baş verməyə bilər.
Aut.az xəbər verir ki, Madrid klubunun ingilis futbolçunu transfer etməkdən imtina edib. “Liverpul”un Trenti 60 milyon avroya satmağa hazır olmasına baxmayaraq, “Real” yayda müdafiəçi üçün hərəkət etməyəcək. “Qalaktikos” bu planı 2025-ci ilə qədər təxirə salıb.
“Kral klubu”nun yeni mövsümə Dani Karvaxal və sağ cinah müdafiəçisi Lukas Vaskeslə başlamağı planlaşdırır.
Aut.az
