Boks

Coşuanın növbəti döyüşü kiminlə olacaq?

Tanınmış promouter Eddi Hirn sabiq dünya çempionu Entoni Coşuanın gələcəyi barədə danışıb.

Aut.az xəbər verir ki, mütəxəssis “The Ring” nəşrinə açıqlamasında bunları deyib:

“Biz Qanada olduq və Afrikada döyüş keçirməyə çox yaxın idik. Bunu etmək istərdik. Yoka? Bu barədə dəqiq heç nə deyə bilmərəm. O, siyahımızda var, amma hələ danışıqlar başlanmayıb. Mənim diqqətim hazırda Ceyk Pol üzərindədir. Hər iki tərəfin böyük istəyi var, amma yekun qərarı məhz Entoni verməlidir”.

33 yaşlı fransız boksçu Toni Yoka 2025-ci ilin martında rusiyalı Arslan Yallıyevi 10 raundluq görüşdə hakimlərin yekdil qərarı ilə məğlub edib. Bir müddət öncə isə o, tanınmış promouter Frenk Uorrenlə müqavilə imzalayıb.

Entoni Coşua isə son dəfə 21 sentyabr 2024-cü ildə rinqə çıxıb. O vaxt “Uembli”də baş tutan döyüşdə Coşua Daniel Dyubua qarşısında vaxtından əvvəl məğlub olub. Hazırda “EJey” zədədən sonra bərpa prosesini davam etdirir.

Aut.az