Tayson möhtəşəm performansını nümayiş etdirdi – VİDEO
Ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson (50-6, 44 KO) hazırda aktiv şəkildə boks karyerası ilə məşğul olan bloger Ceyk Pol (9-1, 6 KO) ilə döyüşə hazırlaşır.
Döyüş 2024-cü il noyabrın 15-nə təyin edilib.
Aut.az xəbər verir ki, əfsanəvi Tayson döyüşə ciddi hazırlaşır. Maykın məşqçisi ilə məşq etdiyi video ortaya çıxıb. Nəticə: Tayson məşqçinin dodağını partladıb.
Döyüş zamanı Taysonun 58 yaşı olacaq, rəqib ondan 30 yaş kiçikdir.
Maykın son döyüşü 2020-ci ildə Roy Consa qarşı olub. Bu, heç-heçə bitən və boksçuların statistikasına düşməyən sərgi döyüşü idi.
Aut.az
