Boks

Bütün dövrlərdə istənilən döyüşü qazana biləcək boksçu odur

WBO versiyasında ağır çəkidə sabiq dünya çempionu Şennon Briqqs (60-6-1, 53 KO) Lennoks Lyuisi tərifləyərək, onun istənilən dövrdə istənilən ağır çəkidə qalib gələ biləcək xüsusiyyətlərə malik olduğunu söyləyib.

“Lyuis bütün zamanların ən böyük ağır çəkililərindən biridir. Möhtəşəm boksçudur. Mənim döyüşümü unudun, onun CV-nə baxın, heyrətamizdir. O, stilistik cəhətdən ən yaxşı görünməyə bilər, lakin tarixdə istənilən ağır çəkidə qalib gələ bilərdi. Və bu günə qədər də belədir. Onun sağ əli, appercut, hər şeyə sahib idi”, Şennon deyib.

Lyuis və Briqqs 1998-ci ildə WBC versiyasında ağır çəki titulu uğrunda döyüşüblər. Briqqs döyüşün əvvəlində rəqibini şoka saldı, lakin uğurunu davam etdirə bilməyib və beşinci raundda texniki nokautla uduzub.

Aut.az