İngiltərə

Polis hərəkətə keçdi: “Liverpul”un oyununda yaşananlara görə

Liverpul polisi İngiltərə Premyer Liqasının 1-ci turunda keçirilən “Liverpul” – “Bornmut” (4:2) oyununda baş verən irqçilik insidenti ilə bağlı araşdırmaya başlayıb.

Aut.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

“Enfild” stadionunda “Bornmut”un futbolçusu Semenyo ilə bağlı irqi təhqirlərə yol verdiyi bildirilən 47 yaşlı şəxs tribunadan uzaqlaşdırılıb. Onun şəxsiyyəti müəyyənləşdirildikdən sonra stadiondan çıxarılıb və hadisə ilə bağlı araşdırma başladılıb.

Açıqlamada qeyd olunub: “Mersisayd polisi nifrət zəminində olan cinayətlərə heç bir formada dözümlülük göstərməyəcək”.

Aut.az