Hollivud və idman ulduzları: O döyüşdə arenada görün kimlər olacaq
Gələn şənbə “Uembli”də Aleksandr Usiklə Daniel Dyubua arasında ağır çəkidə mütləq dünya çempionu titulu uğrunda döyüş olacaq.
Aut.az xəbər verir ki, əfsanəvi futbol stadionuna 90 mindən çox boks həvəskarı toplaşacaq.
Boks əfsanələri və Hollivud ulduzları fəxri qonaqlar arasında olacaqlar.
Daniel Dyubuanın promouteri Frank Varren bu barədə “Champion”a danışıb.
“Şənbə gecəsi şouya çoxlu sayda musiqiçi və məşhur şəxs arenaya gələcək. Ceyms Bond rolunu oynayan Daniel Kreyq, Ceyson Steytem, İen Makşeyna arenada olacaqlar.
Entoni Coşua? Bəli, onu dəvət ediblər. Biz bütün keçmiş britaniyalı dünya çempionlarını arenaya toplamağa çalışırıq. Qerbi Qeyd, Frenk Bruno, Devid Hey, Lennoks Lyuis var. Ümid edirəm ki, Entoni Coşu da gələcək”, – Varren deyib.
Aut.az
