Dünya futboluTürkiyə

Özbək etiraf etdi: Türkiyə klubunu pula görə seçib

Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov karyerasını “İstanbul Başakşehir”də davam etdirmək qərarının səbəbini açıqlayıb.

Aut.az xəbər verir ki, onun sözlərini “Çempionat.uz” sitat gətirib.

“İlk növbədə qeyd etməliyəm ki, 30 yaşım var. İndi təkcə futbol haqqında deyil, həm də karyeramı başa vurmaq, eləcə də məsələnin maliyyə tərəfini düşünməliyəm.

BƏƏ və Qətərdən konkret təkliflər olub. Mən ancaq qarşıdan gələn dünya çempionatı haqqında düşünə bilərdim. Fikrimcə, Türkiyə çempionatı orta səviyyədədir. BƏƏ-dən güclüdür, İtaliyadan bir qədər aşağıdır.

Bundan əlavə, “İstanbul Başakşehir” klubunun Avropa yarışlarında iştirakını nəzərə almışam. Daha böyük türk komandalarından təkliflər var idi, amma öz infrastrukturu olan gənc klub olduğu üçün “İstanbul Başakşehir”i seçdim. Burada digər komandalara nisbətən daha az təzyiq var və mütləq kifayət qədər oyun praktikam olacaq.

İnşallah, zədəsiz oynasaq, bu, dünya çempionatına yaxşı hazırlıq olar. Qarşılıqlı faydalı razılığa gəldik”, – Şomurodov deyib.

Şomurodov Türkiyə klubuna “Roma”dan keçib. Almaq hüququ ilə müqavilə növbəti mövsümün sonuna kimi hesablanıb.

Aut.az