12 yaşlı oyunçu “Barselona”nın əsas komandasına cəlb olundu – FOTO
“Barselona”nın basketbol komandası mövsümöncəsi turnir üçün heyətinə 12 yaşlı Mohamed Daboneni cəlb edib.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Oktyabrın 21-də onun 13 yaşı tamam olacaq. Basketbolçunun boyu 208 sm-dir. O, yaşının az olmasına rəğmən artıq kataloniyalıların U-18 komandasında çıxış edib.
Çində beynəlxalq turnirdə mübarizə aparacaq “Barselona”nın baş məşqçisi Xuan Penarroya 14 oyunçudam ibarət iştirak ərizəsini rəsmən açıqlayıb. Ancaq Dabonenin adını siyahıya salmayıb.
Aut.az

