“Vanda xəyanət edib” söz-söhbəti” – İkardi FOTO paylaşdı və yazdı ki…
“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi sosial şəbəkələrdə keçmiş yoldaşı Vanda Naranın Moskva “Spartak”ın sabiq futbolçusu Keyta Balde ilə ona xəyanət etməsi ilə bağlı yayılan xəbərlər fonunda paylaşım edib.
Aut.az xəbər verir ki, boşandıqdan sonra ilk dəfə forvard sevgilisi ilə birgə fotosunu yayımlayıb.
Futbolçu şəklin altına “İnsanların çox şey deməklə nə qədər az bildiklərini göstərməsi xoşuma gəlir” yazıb.
Sonra İkardi Vanda və uşaqları ilə birlikdə daha bir fotosunu yayımlayıb.
Xatırladaq ki, bu ilin iyulunda Vanda Nara İkardidən ayrıldığını açıqlamışdı. Bir neçə gün əvvəl “Spartak”ın sabiq hücumçusu Keyta Baldenin keçmiş arvadı Simone Qutieri demişdi ki, futbolçu evli olduqları zaman Vanda ilə ona xəyanət edib.
Aut.az

