Ronaldo onlarla “atışdı” – Hakim ayırdı
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının “Əl-Şəbab”la oyunundan (4:2) sonra rəqib komandanın məşqçilər heyəti ilə mübahisə edib.
Aut.az xəbər verir ki, meydanı tərk edən portuqaliyalı və iki “Əl-Şəbab” nümayəndəsi təhqiramiz ifadələr işlətməyə başlayıblar.
Hakim və digər oyunçular müdaxilə etdikdən sonra mübahisə həll edilib.
Aut.az
