İtaliya

Tanınmış məşqçi “Milan”da işləməkdən imtina etdi

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik “Milan” klubunun ona təklif etdiyi texniki direktor vəzifəsindən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, danışıqların nəticəsiz qalmasının əsas səbəbi Ranqnikin tələb etdiyi qərarvermə müstəqilliyi ilə bağlı təminat almaması olub. Bundan əlavə, onun klubda çalışan Zlatan İbrahimoviç ilə münasibətlərinin gərgin olması da mühüm rol oynayıb. Tərəflər arasında münasibətlər hələ 2020-ci ildə, alman mütəxəssisin “Milan”ın baş məşqçisi ola biləcəyi dövrdə korlanmışdı.

Hazırda Ranqnik Avstriya millisi ilə müqaviləsini uzatmağa yaxındır. Onun imtinasından sonra Oliver Glasnerin də “Milan”ın baş məşqçisi postuna təyin olunmaq şansları xeyli azalıb.

Hazırda İtaliya nəhənginin baş məşqçi vəzifəsi üçün əsas namizədləri Ruben Amorim və Mattias Yayssle hesab olunur.

Aut.az