“Çelsi”nin futbolçusu “Yuventus”un “radar”ında
“Çelsi”nin mərkəz müdafiəçisi Aksel Disasi “Yuventus”un “radarına düşüb”.
Aut.az “Calciomercato.web”ə istinadən xəbər verir ki, Bremerin ciddi zədələnməsindən sonra “qoca sinyora”ya mərkəz müdafiəçisi lazımdır. İtaliya klubunun rəhbərliyi 26 yaşlı fransızı təcrübəli futbolçunun layiqli əvəzləyicisi hesab edir.
Bu mövsüm Disasi “Çelsi”nin rotasiya oyunçusudur. Lakin Enzo Mareska müdafiəçini buraxmaq istəmir. Çünki onun da əsas müdafiəçilərindən biri olan Uesli Fofana sıradan çıxıb.
Disasi 2023-cü ilin yayından “Çelsi”də çıxış edir. Bu mövsüm müdafiəçi 14 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
