İtaliya

Xviça qəti qərar qəbul etdi

“Napoli”nin cinah oyunçusu Xviça Kvaratsxeliya yay transfer pəncərəsində klubdan ayrılmağı düşünmür.

Aut.az xəbər verir ki, jurnalist Əkrəm Konurun sosial şəbəkələrdə yazdığına görə, gürcü futbolçu Neapolda qalmaq istəyir. Qeyd olunur ki, Kvaratsxeliyaya bir neçə Avropa klubundan maraq var.

Kvaratsxeliya 2022-ci ildən “Napoli”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

Bu mövsüm 23 yaşlı Kvaratsxeliya neapolluların bütün turnirlərdə keçirdiyi 42 matçda iştirak edib, 10 qol vurub, 9 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Aut.az