Digər

Nazim Süleymanovun komanda yoldaşı ölkə prezidenti oldu

2024-cü ilin dekabrında Gürcüstanda keçirilən prezident seçkilərində qalib gələn “Siti”nin və Vladiqafqaz “Alaniya”sının sabiq futbolçusu Mixail Kavelaşvili rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Aut.az xəbər verir ki, o, siyasi karyerasına 2016-cı ildə “Gürcü Arzusu” partiyasından ölkə parlamentinə deputat seçilərkən başlayıb. 2024-cü il noyabrın sonunda Kavelaşvili hakim partiyadan Gürcüstan prezidentliyinə yeganə namizəd olub.

Mixail Kavelaşvilinin 53 yaşı var. O, vətəni Gürcüstandan əlavə, karyerasının əhəmiyyətli hissəsini hücumçu kimi çıxış etdiyi İsveçrənin müxtəlif klublarında keçirib. 1996-1999-cu illərdə İngiltərədə “Mançester Siti”də çıxış edib. O, həmçinin Vladiqafqaz “Alaniya”sının tərkibində 1995-ci il mövsümünün Rusiya çempionudur. 1995-ci il mövsümünün sonunda hücumçu kimi çıxış edən Kavelaşvili öz mövqeyində bir nömrəli olaraq Rusiya çempionatının 33 ən yaxşı oyunçusu siyahısına daxil edilmişdi.

Qeyd edək ki, Kavelaşvili “Alaniya”da məşhur azərbaycanlı futbolçu Nazim Süleymanovla komanda yoldaşı olub.

Aut.az