İtaliya

“Milan” üçün yeni namizəd: “Yuventus” və “Çelsi”nin keçmiş baş məşqçisi

“Milan” rəhbərliyi növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.

Aut.az xəbər verir ki, prioritet namizəd olan Xulen Lopeteqi ilə danışıqlar azarkeşlərin mənfi münasibətinə görə dayandırlıb.

Digər namizəd olan “Lill”in çalışdırıcısı Paulo Fonseka barədə “Milan” daxilindəki müzakirələr davam edir. Bununla belə,“rossonerilər”in qısa siyahısına daha bir namizəd əlavə olunub. Bu, martda “Latsio”dan qovulan Mauritsio Sarridir.

Onunla yaxın günlərdə danışıqlara başlanacağı bildirilir.

Qeyd edək ki, Sarri son illərdə “Latsio”dan başqa, “Napoli”, “Çelsi”, “Yuventus” kimi komandalara da rəhbərlik edib.