“Siti” “italiyalı Vinisius”u alır
“Roma”nın 22 yaşlı braziliyalı müdafiəçisi Uesli Vinisius İngiltərə Premyer Liqasına keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes”in məlumat yayıb.
Mənbənin məlumatına görə, “Mançester Siti” oyunçunu transfer etmək istəyir. İngiltərə klubunun rəhbərliyi Uesli üçün 50 milyon avro xərcləməyə hazırdır.
Müdafiəçi ötən yaydan bəri Roma klubunda oynayır. Tərəflər arasında mövcud əmək müqaviləsi 2030-cu ilin iyun ayının sonunda bitir. Uesli bu mövsüm “canavarlar”ın heyətində 29 oyunda meydana çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Aut.az
