İngiltərə

Transferlərdən doymurlar: Daha 60 milyon ayırdılar ki…

“Çelsi” qış transfer pəncərəsi zamanı “Barselona”nın 25 yaşlı sağ cinah müdafiəçisi Jül Kundeni transfer etməyi düşünür.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, London klubu “Barsa”ya 60 milyon avro təklif etməyə hazırdır. Futbolçunun özünün isə karyerasını “Barselona”da davam etdirmək istədiyi vurğulanır.

Bu mövsüm Kunde bütün yarışlarda altı matçda iştirak edib və bir qol vurub, bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.

Aut.az