11 ay sonra
İngiltərə Premyer Liqasının 8-ci tur matçında səfərdə “Bernli”ni məğlub edən (4:1) “Çelsi” uğura imza atıb.
Aut.az xəbər verir ki, “zadəganlar” uzun fasilədən ilk dəfə ardıcıl iki səfər oyununda qalib gəlib. London təmsilçisi 2022-ci ilin oktyabrından bəri buna nail ola bilmirdi.
Qeyd edək ki, “Çelsi” 8 turda sonra İngiltərə Premyer Liqasında 11 xalla 11-ci sırada qərarlaşıb.
