Sabiq “Liverpul”lu “Sekret Santa”da Benitesə görün nə hədiyyə edib
“Liverpul”un keçmiş hücumçusu Piter Krauç mersisaydlıların sabiq baş məşqçisi Rafael Beniteslə bağlı maraqlı xatirəsini bölüşüb.
Aut.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü ispaniyalı mütəxəssisə qeyri-adi Milad hədiyyəsi verməsindən danışıb.
“Mən “Liverpul”da olanda “Sekret Santa” oynadıq. Rafa Benitesi mən təbrik etdim. Ona Joze Mourinyonun kitabını aldım, bu, Premyer Liqanı necə qazanmağın bələdçisi idi”, – deyə Krauç bildirib.
Xatırladaq ki, Rafael Benites 2004-2010-cu illərdə “Liverpul”u çalışdırıb. Onun rəhbərliyi altında klub 2004/2005 mövsümündə Çempionlar Liqasının qalibi olub. Komanda Beniteslə Premyer Liqanın qalibi ola bilməyib.
Aut.az
