“Dəmir Mayk” əsl çempionun kim olduğunu açıqladı – FOTO
Boks üzrə ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson WBC çempionu Tayson Fyuri və keçmiş UFC çempionu Frensis Nqannu ilə döyüş haqqında fikirlərini bölüşüb.
“Əsl çempion Frensis Nqannudur! Mən sənin belə çıxışınla fəxr edirəm”, – 57 yaşlı Mayk Tayson tvitində yazıb.
Xatırladaq ki, oktyabrın 28-də Səudiyyə Ərəbistanında keçirilən döyüşün 3-cü raundunda Frensis Nqannu Tayson Fyurini nokdauna salsa da, yekunda britaniyalı boksçu hakimlərin yekdil olmayan qərarı ilə qalib gəlib.
Tayson Nqannuya bu döyüşə hazırlaşmaqda dəstək olmuşdu.

Aut.az
