Məşhur qapıçı karyerasını bitirdi
“Seltik”in 37 yaşlı ingilis qapıçısı Co Hart peşəkar karyerasını başa vurub.
Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Mən hiss edirəm ki, yaxın bir neçə həftə ərzində evimə meteorit düşəcək, çünki hər şey inanılmaz idi. Planetdə futbol oynamaq istədiyim başqa yer yoxdur. Düşündüm ki, bu, düzgün qərar olardı. Mən məşqçinin üzərindən təzyiqi götürmək və klub üçün ən yaxşısını etmək istədim. Çünki bu, klubu uğurlu etmək və insanları xoşbəxt etməkdir”, – Hart deyib.
Ümumilikdə o, “Seltik”lə üç mövsümdə yeddi yerli kubok qazanmağı bacarıb.
Co Hart 2021-ci ilin avqustunda “Tottenhem”dən “Seltik”ə keçib. Bu müddət ərzində qapıçı Şotlandiya klubunda 138 oyun keçirib. İngilis iki dəfə Şotlandiya Çempionatını və Şotlandiya Liqa Kubokunu qazanıb.
75 dəfə İngiltərə millisinin formasını geyinən qolkiper “Mançester Siti” ilə 12 il ərzində iki Premyer Liqa titulunu, İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb.
Həmçinin karyerası ərzində futbolçu “Şrusberi Taun”, “Tranmer Rovers”, “Bləkpul”, “Börnli”, “Birmingem”, “Torino” və “Vest Hem” klublarda oynamağı bacarıb.
Aut.az
