Böyük dəyiş-düyüş: “Barsa” “Yunayted”lə danışıq aparır
“Barselona” “Mançester Yunayted”in 27 yaşlı cinah oyunçusu Markus Reşfordu 27 yaşlı yarımmüdafiəçisi Frenki de Yonqla dəyişmək üçün danışıqlar aparır.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin məlumatına görə, İngiltərə klubunun baş məşqçisi Ruben Amorim hesab edir ki, de Yonq komandanın yarımmüdafiə xəttinə keyfiyyət əlavə edə bilər. Eyni zamanda portuqaliyalı mütəxəssis Reşfordun “Mançester Yunayted”dən ayrılmasını istəyir, nəticədə hücumçu “Barselona”ya təklif olunub.
Daha əvvəl mətbuatda “qırmızı şeytanlar”ın qış transfer pəncərəsində Reşfordu satmağa hazır olduğu haqda məlumatlar yer almışdı.
Aut.az
