Dünya futbolu

Dünyanın ən yaxşı qapıçısı söz verdi: Belə olsa, karyerasını bitirəcək

2023 və 2024-cü illərdə dünyanın ən yaxşı qapıçısı seçilən Emiliano Martines 2026-cı ildə karyerasını başa vura biləcəyini etiraf edib.

Aut.az xəbər verir ki, Martines bu barədə Argentina Futbol Assosiasiyasının YouTube kanalında yayımlanan videoda bildirib.

“Ardıcıl iki dünya çempionu olan komanda varmı? Argentina ilə ikiqat dünya çempionu olsam, karyeramı başa vuracağam, söz verirəm. Bu gün sizə deyirəm, belə olsa, Dünya Kubokundan sonra karyeramı bitirəcəm.

Bu yaxınlarda 32 yaşım tamam oldu, Dünya Kuboku zamanı 33 yaşım olacaq – mən hələ də gəncəm. 30 yaşında oynamağa başladım. Siz nə istəyirsiniz?”, – Martines deyib.

Növbəti dünya çempionatı 2026-cı ilin yayında baş tutacaq və ABŞ, Kanada və Meksikada keçiriləcək.

Aut.az