Dünya futbolu

Yarımfinaldan əvvəl şok itki

“Milan” ciddi itki ilə üzləşib.

Aut.az xəbər verir ki, “qırmızı-qaralar”ın hücumçusu Rafael Leao sıradan çıxıb.

A Seriyasının XXXIV turunun “Latsio” ilə matçında zədə alan portuqaliyalı hücumçu bir müddət yaşıl meydanlardan kənar qala bilər. Forvardın son durumu tibbi müayinədən sonra bilinəcək.

“Milan” Çempionlar Liqasının yarımfinalında mayın 10-da “İnter”lə qarşılaşacaq.