İngiltərə

Salah inkişaf üçün bunları edir: Yoqa, meditasiya və…

“Liverpul”un hücumçusu Məhəmməd Salah futbol meydançası xaricində hobbilərindən danışıb.

Aut.az xəbər verir ki, 31 yaşlı misirli futbolçu özünü əla formada saxlamaq üçün mütəmadi olaraq şahmat oynadığını, yoqa ilə məşğul olduğunu və meditasiya etdiyini bildirib.

“Demək olar ki, hər gün şahmat oynayıram. Mən vaxtımın çoxunu yoqaya həsr edirəm və hər gün meditasiya edirəm.

Mən təkcə futbolda deyil, həm də bir insan kimi inkişaf etməyə çalışıram. Futbolda ən yaxşı versiyam olmaq üçün hər şeyi edirəm. Amma bir insan kimi də inkişaf etməliyəm”, – deyə Salah ESPN-bildirib.

Hazırda “Liverpul” Premyer Liqa cədvəlinə başçılıq edir və “Arsenal” və “Mançester Siti” ilə çempionluq titulu uğrunda mübarizə aparır. Salah bu mövsüm İngiltərə liqasında 24 matçda 16 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az