İngiltərə nəhəngi ona görə 70 milyon ödəməyə hazırdır
“Tottenhem” 21 yaşlı yarımmüdafiəçi Mateus Fernandes üçün ciddi transfer addımına hazırlaşır.
Aut.az xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, London klubu onun məxsus olduğu “Vest Hem” 70 milyon avro dəyərində rəsmi təklif göndərməyi planlaşdırır.
Mənbənin bildirdiyinə əsasən, “mahmızlar” bu transfer uğrunda aktiv mübarizəyə qoşulmaq niyyətindədir. Lakin onlar yeganə iddiaçı deyil. Futbolçuya digər böyük klublar da maraq göstərir.
Qeyd olunur ki, Fernandes hələ də həm “Real”, həm də “Mançester Yunaynted” skautlarının diqqət mərkəzindədir.
2025/26 mövsümündə portuqaliyalı yarımmüdafiəçi “Vest Hem” forması ilə 42 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aut.az
